Ramzan Kadırov: "Çeçenistan Azərbaycanda nümayəndəlik açacaq"

img

03-04-2019 [11:23]


Rusiya Federasiyasının Çeçenistan Respublikası Azərbaycanda nümayəndəlik açacaq. 

Bunu Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov "VKontakte" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, rəsmi Bakı və Qroznı Çeçenistanın Azərbaycanda nümayəndəliyinin açılmasına dair razılıq əldə edib.

"Çeçenistan ilə Azərbaycan arasındakı münasibətlər qədim ənənələrə malikdir. Bunun təməlini Azərbaycan Prezidenti Heydər Əliyev və Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya qəhrəmanı Hacı Əhməd Kadırov qoyub", - Çeçenistan başçısı bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA