AKP-nin etirazı qəbul edildi – İstanbulda səslər yenidən sayılır

img

02-04-2019 [21:52]


AKP-nin İstanbul mahal nümayəndəliyinin etirazından sonra Türkiyənin Ali Seçki qurumu İstanbulun 8 mahalı ilə bağlı qərarını verib.

Axar.az xəbər verir ki, Fateh, Beykoz, Çekmeköy, Şile, Bayrampaşa və Çatalca kimi mahallarda etibarsız səslər yenidən sayılacaq.

Səslərin sayılması prosesi bütün partiya nümayəndələrinin iştirakı ilə baş tutacaq.

Seçki qurumu AKP-nin Bəyoğlu və Sancaqtəpə ilə bağlı etirazını isə rədd edib.

Qeyd edək ki, AKP İstanbulun 39 mahalında seçkinin nəticələrinə etiraz etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA