Bolton Avropanı hədələdi: "ABŞ-ın qarşısında çökəcəksiniz"

img

30-03-2019 [17:50]


ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton bəyan edib ki, "Brexit”dən sonra Böyük Britaniya ABŞ-ın ticarət sazişləri bağlayacağı ölkələr sırasında birinci olacaq.

C.Bolton bunu "Sky News” telekanalına müsahibəsində deyib.

"Prezident (Donald Tramp) Britaniya xalqının iradəsinin həyata keçməsini səbisizliklə gözləyir və hətta Britaniya ilə ticarət anlaşması imzalamağı bundan daha çox istəyir” – Bolton vurğulayıb.

Trampın köməkçisi həm də "sərt Brexit”lə, yəni Britaniyanın Avropa İttifaqını (Aİ) sazişsiz tərk etməsi ehtimalı ilə bağlı mövcud narahatlıqlara da aydınlıq gətirərək bildirib ki, belə olarsa, onda Britaniya daha geniş transatlantik ticarətlə məşğul ola biləcək və bundan uduzan London yox, Aİ ölkələri olacaq: "Avropa İttifaqından çıxacağı təqdirdə Birləşmiş Krallığın fiaskoya uğrayacağından narahat olanların özləri ABŞ-ın qarşısında çökəcəklər. Biz Aİ-dən asılı olmayaraq Britaniya ilə saziş imzalayacağımız günü gözləyirik”.

Azvision.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA