Erməni nazir işğalçılıq siyasətlərini təsdiqlədi: ""Yeni müharibə - yeni ərazilər” formulu olacaq"

img

30-03-2019 [14:24]


"Ərazi qarşılığında sülh” formulunu mən "yeni müharibə - yeni ərazilər” formulu kimi redaktə edərdim".

Mia.az Axar.az-a istinadla xəbər verir ki, bunu Nyu Yorkda erməni icmasının nümayəndələri ilə görüşü zamanı Ermənistan Müdafiə naziri David Tonoyan deyib. 

O, sərsəm açıqlamalarını davam etdirərək bildirib ki, erməni tərəfi Qarabağ məsələsində heç bir güzəştə getməyəcək:

"Kompromislər mümkündür. Biz hücum bölmələrimizin sayını artıracağıq. Xəndəkdən, müdafiə vəziyyətindən düşmən ərazisində hərbi fəaliyyətlər aparacaq bölmələrin sayının artırılmasına keçəcəyik”.

Qeyd edək ki, dünən Ermənistan və Azərbaycan liderlərinin ilk rəsmi görüşü keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA