Aİ: "Brexit" sazişində bütün tərəflərin mənafeyi nəzərə alınır

img

29-03-2019 [17:57]


"Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmasına dair sazişdə hər iki tərəfin mənafeyi əks olunur".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Varşavada Polşanın Baş naziri Mateuş Moraveskiy ilə görüşündən sonra Aİ-nin "Brexit" üzrə baş müzakirəçisi Mişel Barnye bildirib.

"Brexit"in hüquqi təhlükəsizliyini təmin edəcək 600 səhifəlik sənəd hazırlamışıq. Həmin sənəd bu gün Böyük Britaniya parlamentində səsə qoyulacaq”, - deyən Aİ rəsmisi sözügedən sazişi hər iki tərəf üçün ən münasib razılaşma adlandırıb.

Baş nazir M.Moraveskiy isə İttifaqın məsələyə ciddi yanaşaraq Böyük Britaniyanın üzvlükdən çıxması prosesinin "altı ay, doqquz ay, on iki ay" uzanmasının onlar üçün məqbul olacağını açıqlayıb: "Böyük Britaniya daha bir təklif irəli sürsə, onu hərtərəfli araşdırarıq. Razılaşma əldə olunmasa belə, daha gərgin danışıqlar aparmağa hazırıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA