Rusiya Türkiyəyə viza güzəşti edəcək - Lavrov detalları açıqladı

img

29-03-2019 [14:19]


"Rusiya ilə Türkiyə arasında yaxın vaxtda xidməti və xüsusi pasport sahiblərini vizadan azad etmək məsələsi həll olunacaq".

Bunu Antalyada Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun növbəti iclasının yekunlarına dair Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Viza rejiminin daha da liberallaşdırılması məsələsinə də toxunduq. O cümlədən yaxın vaxtlarda xidməti və xüsusi pasport sahibləri, habelə beynəlxalq daşımaları həyata keçirən peşəkar sürücülər üçün vizaları ləğv etmək məsələsini də həll edəcəyik”,- rusiyalı nazir deyib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA