Avropa İttifaqı Prezidentin əfv sərəncamını alqışlayıb

img

17-03-2019 [19:27]


Avropa İttifaqı (Aİ) Azərbaycan prezidenti İlham Əliyevin Novruz bayramı ilə əlaqədar aralarında siyasi partiya, qeyri-hökumət təşkilatları üzvləri, blogger və jurnalistlərin də olduğu 400-dən çox məhbusu əfv etməsini alqışlayıb.

Bu, Avropa İttifaqı Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisinin sözçüsünün bəyanatında əksini tapıb.

Bəyanatda bildirilir ki, Aİ Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun bu istiqamətdə gələcəkdə də oxşar addımları davam etdirəcəyini gözləyir: "Aİ əməkdaşlığı, o cümlədən əlaqələrimizin vacib elementlərindən olan insan haqları sahəsində əlaqələri inkişaf etdirmək üçün Azəbaycanla işləməyə davam edəcək".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA