Azərbaycanda bəzi kitabxanalar bağlanacaq

img

14-03-2019 [20:39]


"Azərbaycanda bəzi kitabxanalar bağlanacaq”. 

Bunu mədəniyyət naziri Əbülfəs Qarayev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib. 

Onun sözlərinə görə, Azərbaycanda Mərkəzləşdirilmiş Kitabxana Sisteminə keçid bəzi kitabxanaların fəaliyyətinin dayandırılması ilə nəticələnəcək: "Sistemə keçid, ümumilikdə, kitabxanaların bağlanması demək deyil. Burada kitabxana işinin təkmilləşdirilməsi əsas məqsədimizdir. Kitabxanalar bağlanmamışdan əvvəl orada çalışan əməkdaşların işlə təmin olunması da bizim diqqətimizdədir. İnsan faktoru nəzərə alınacaq. Söhbət kiminsə işdən azad olunmasından getmir. Biz artıq bu layihə ilə bağlı işlər aparırıq. İki ay ərzində layihə hökumətə təqdim olunmalıdır”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA