Prezident Xalq artistinə mənzil verdi

img

13-03-2019 [20:09]


Xalq artisti, bəstəkar Yaşar İmanov evlə təmin olunub.

Bu barədə ONA-ya bəstəkarın özü məlumat verib.

O bildirib ki, mənzil Yeni Yasamalda yerləşir: "Bu gün gedib baxdıq, 3 otaqlı, təmirsiz mənzildir. Düzdür, hələ sənədləşdirmə işləri aparılmayıb. Əsas odur ki, mənzili bəyəndim. Bundan əvvəl Qaradağ rayonunda mənzil təklif edilsə də, qəbul etməmişdim”.

Qeyd edək ki, Prezident İlham Əliyevin bir qrup mədəniyyət işçisi ilə görüşündə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə 86 yaşlı bəstəkar Yaşar İmanova evsiz olduğunu bildirmiş, ona mənzil verilməsini xahiş etmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA