Dünya ölkələrindən “Boeing 737 MAX-8” və “Boeing 737 MAX-9” təyyarələrinə qadağa - Türkiyə də qoşuldu

img

13-03-2019 [17:14]


Türkiyənin Nəqliyyat və Kommunikasiya Nazirliyi "Boeing 737 MAX-8” və "Boeing 737 MAX-9” seriyalı təyyarələrin ölkənin hava məkanında uçmasına qadağa qoyub.

Mia.az Anadolu agentliyinə istinadla xəbər verir ki, nazirlik bu qərarı martın 10-da "Efiopiya Hava Yolları”na məxsus "Boeing 737 Max 8” və eyni tipli təyyarələrin bundan əvvəlki qəzaları ilə bağlı qəbul edib.

Qeyd edək ki, hazırda Türkiyənin ən nəhəng aviaşirkəti olan "Türk Hava Yolları”nın balansında (THY) 12 ədəd "Boeing 737 MAX” tipli sərnişin təyyarəsi vardır. Ölkənin Mülki Aviasiya Təşkilatı bu təyyarələrin gələcək istismarı ilə bağlı qərar verəcək.

Onu da qeyd edək ki, dünəndən dünyanın bir çox ölkələri, o cümlədən Avropa İttifaqı ölkələri, həmçinin qonşu Gürcüstan da öz səmasından bu təyyarələrin uçmasına qadağa qoyub.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA