"Təyyarələr daha qarmaqarışıq vəziyyətə salınır" - Tramp yazdı

img

12-03-2019 [22:01]


"Təyyarələr daha qarmaqarışıq vəziyyətə salınır. Artıq pilotlara ehtiyac duyulmur, onların yerinə MİT-in (Massaçusest Texnologiya İnstitutu) kompüter mütəxəssisləri var".

Bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda Efiopiyada baş verən təyyarə qəzası ilə bağlı yazıb.

"Bunu bir çox əşyalarda görürəm. Əsasən köhnə və daha sadə olub, daha yaxşı işlədiyi halda, əsassız yerə bir addım da irəli getməyə çalışılır. Saniyənin ərzində ani qərarlara ehtiyac var və qarmaqarışıqlıq təhlükə yaradır. Bütün bunlar çox xərc və az qazanc deməkdir. Sizi bilmirəm, amma mən Albert Eynşteynin mənim pilotum olmasını istəmərəm. Mən mütəxəssislər istəyərəm”, - deyə Ağ Ev rəhbəri yazıb/Axar.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA