Əfqanıstan ordusu ilə "Talıban" arasında döyüş qızışdı - Türkmənistanla sərhəddə gərginlik

img

12-03-2019 [18:28]


Əfqanıstanın təhlükəsizlik qüvvələrinin bəyanatında bildirilir ki, son sutka ərzində keçirilən hərbi əməliyyatlar nəticəsində "Taliban” hərəkatının 31 silahlısı öldürülüb.

Anadolu agentliyi xəbər verir ki, Qətərin paytaxtı Dohada ABŞ və "Taliban” arasında sülh danışıqlarının davam etdiyi bir vaxtda Əfqanıstanda hökumət gücləri ilə hərəkatın silahlı qruplaşmaları arasında döyüşlər daha da şiddətlənib.

Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, müxtəlif bölgələrdə 76 hərbi əməliyyat və son 24 saat ərzində hərbi təyyarələrin 78 uçuşu həyata keçirilib.

Əməliyyatlar Kunar, Xost, Oruzqan, Badğiş, Bəlx və Helmənd vilayətlərində aparılıb. Onların nəticəsində 31 "Taliban” silahlısı öldürülüb, 19 nəfər yaralanıb. 

Ordu mənbələri qeyd ediblər ki, bu əməliyyat "Taliban”ın Türkmənistanla sərhəd bölgədə Əfqan Milli Ordusunun 20 əsgərini öldürməsi, daha 30 hərbçini isə girov götürməsindən sonra təşkil olunub.

"Taliban”ın sözçüsü Zəbihullah Mücahed isə Əfqanıstan ordusunun 57 əsgərinin öldürüldüyü, 12-sinin yaralandığı və 9 hərbçinin girov götürüldüyü barədə məlumat yayıb/Azərtac.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA