Qəzaya düşən "Boeing 737"də ölən 157 nəfər hansı ölkələrin vətəndaşlarıdır? - İlkin siyahı açıqlandı

img

10-03-2019 [22:19]


"Ethiopian Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi bu gün Əddis-Əbəbədən qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb, nəticədə təyarədə olanların hamısı ölüb, hava yolları şirkəti bildirib.

Şirkətin yaydığı məlumata əsasən, ET302 reysilə Efiopiya paytaxtı Əddis-Əbəbədən Keniya paytaxtı Nayrobi şəhərinə uçan Boeing 737 Max-8 sərnişin təyyarəsinin göyərtəsində 149 sərnişin və 8 nəfər uçuş heyətinin üzvü olub.

Ethiopian Airlines şirkətinin bildirdiyinə görə, təyyarədə 33 ölkənin vətəndaşları olub.

Onların arasında 32 Keniya, 18 Kanada, 8 ABŞ və 7 Britaniya vətəndaşının olduğu qeyd edilir.

Bu arada Rusiyanın RIA Novosti agentliyi təyyarədə sərnişinlər arasında 3 Rusiya vətəndaşının da olduğunu bildirib.

Qəza yerli vaxtla səhər saat 08:44-də baş verib, bir neçə ay yaşı olan Boeing 737 Max-8 təyyarəsi havaya qalxdıqdan cəmi 6 dəqiqə sonra.

Qəzanın səbəbi hələlik müəyyən olunmayıb.

Şahidlərdən biri BBC-yə bildirib ki, təyyarə yerə dəyən kimi güclü yanğın baş verib.

"Hər şey yanıb. Hadisə yerinə indi dörd helikopter var", - şahid qeyd edib.

Efiopiyanın Baş naziri Abiy Ahmed təyyarə qəzası ilə bağlı Twitter səhifəsində başsağlığı bildirib.

"Ethiopian Airlines" şirkəti paytaxtdan 60 km cənub-şərqdə yerləşən Bishoftu şəhəri yaxınlığında axtarış-xilasetmə işlərinin aparıldığını bildirib.

Təyyarədə olan sərnişinlərin kimliyi barədə ilk məlumatı Çin dövlət mediası yayıb. Xəbərlərdə deyilib ki, təyyarədəki sərnişinlərdən səkkizi Çin vətəndaşı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA