Türkiyənin sabiq baş nazirinin səhhətində problem yaranıb - Məsut Yılmaz xərçəngdən əməliyyat olunub

img

10-03-2019 [12:18]


Türkiyənin sabiq baş naziri Məsut Yılmazın səhhətində problem yaranıb.

Mia.az xəbər verir ki, bu barədə o, sosial media hesabından açıqlama yayıb.

Bildirib ki, ağciyərində xərçəng aşkarlanıb: "Fevral ayında müayinədən keçərkən ağciyərimdə xərçəng aşkarlandı. 23 fevralda İstanbulda uğurlu əməliyyat olundum. Hazırda müalicəmlə bağlı insanlarla görüşmələrimə məhdidiyyət qoyulub".

Sabiq baş nazir qeyd edib ki, hazırda kimya terapiya qəbul edir: "Həm bu, həm də qrip və digər infeksiya səbəblərindən həkimlər insanlarla görüşməyə icazə vermir. Hazırda hər şey normal şəkildə davam edir. Səhhətimlə maraqlanan hər kəsə təçəkkür edirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA