Baş nazir və keçmiş prezidentin qatıldığı mərasimdə partlayış törədilib

img

07-03-2019 [13:55]


Əfqanıstanın paytaxı Kabulda din xadimi Abdul Əli Məzarinin vəfatının 24-cü ildönümü ilə bağlı keçirilən anım mərasimi zamanı törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bunu Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi bildirib.

O, hadisə ilə bağlı araşdırma aparıldığını deyib. 

Mərasim keçirilən yerdə ard-arda azı 10 partlayış törədilib. Tədbirdə Əfqanıstanın icra strukrutunun başçısı (baş nazir) Abdullah Abdullah, ölkənin keçmiş Prezidenti Həmid Karzay, xarici işlər naziri Səlahəddin Rəbbani və keçmiş Prezidentin müşaviri Hanif Atmar da iştirak edib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA