Putin ABŞ-a cavab verdi, raketlərin ləğvinə dair sazişin dayandırdı

img

04-03-2019 [19:57]


Rusiya Prezidenti Vladimir Putin orta və yaxınmənzilli raketlərin ləğvinə dair sazişin dayandırılması barədə fərman imzalayıb. 

Mia.az TASS-a istinadən xəbər verir ki, Rusiya sənəddə nəzərdə tutulan öhdəliklər üzrə ABŞ-ın yol verdiyi pozuntular aradan qaldırılana və ya onun fəaliyyəti qüvvədən düşənədək sazişin yerinə yetirilməsini dayandırmağı qərara alıb.

Bununla yanaşı, Rusiya sazişin təsirinə düşən raketlərin sərhədyanı ərazilərdə yerləşdirilməsinin  planlaşdırılmadığı qeyd edilib.

Xatırladaq ki, ABŞ və SSRİ orta və yaxın mənzilli raketlərin ləğvi barədə sazişi 1987-ci ildə imzalayıb. Sazişə əsasən 1991-ci ilin iyun ayına qədər SSRİ 1846, ABŞ isə 846 raket kompleksini məhv edib. Lakin 2019-cu il fevralın 2-də bir sıra qarşılıqlı ittihamlardan sonra ABŞ Prezidenti Donald Tramp sazişdən çıxdığını elan edib. Kreml isə öz növbəsində belə addıma analoji cavab verəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA