Çavuşoğlu müsəlman ölkələrinə səsləndi: "Siz qorxaqsız"

img

04-03-2019 [16:54]


"Qüds kimi müqəddəs davalarımıza bizdən başqa heç kim sahib çıxmaz. ABŞ-dan, İsraildən qorxan müsəlman dövlətləri gördük".

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"Bəzi dövlətlər hətta fələstinlilərə belə "siz də səsinizi çıxarmayın” deyərək təzyiq göstərir. Müsəlman ölkələrdən bəhs edirəm, ABŞ-dan yox. Bunlar Qüdsə sahib çıxacaqlar? 

Ötən 2 ildə İslam zirvələrində və BMT Baş Assambleyasında ABŞ və İsrailə qarşı əzici çoxluqla qərar qəbul etdirilərkən bu ölkələrin qorxaqlığını və ürkəkliyini gördük”, – XİN rəhbəri bildirib/Axar.az. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA