İranda helikopter qəzası baş verib, ölənlər var

img

04-03-2019 [15:17]


 İranın qərbindəki Çaharmahal və Bəxtiyari ostanı ərazisində xilasetmə helikopteri qəzaya uğrayıb, 5 nəfər ölüb.

"Report” İran dövlət televiziyasına istinadən xəbər verir ki, qəza hamilə qadına yardım göstərmək üçün uçuşa başladıqdan bir neçə dəqiqə sonra baş verib. Behşəhr qubernatoru Xaleğ Səyadi İSNA xəbər agentliyinə qəzanın xəstənin Əmir Kabir neft platformasından daşındığı zaman baş verdiyini bildirib.

Təcili tibbi yardım xidmətinin rəhbəri Pirhüseyn Kulivənd ölənlərdən 3-nün pilot, 2 nəfərin isə xilasetmə işçisi olduğunu deyib.

İSNA xəbər agentliyinin məlumatına görə, qəza Şəhr-e Kord şəhəri yaxınlığında, yerdən qalxdıqdan bir neçə dəqiqə sonra baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA