Pakistan yüzlərlə ailəni Hindistanla sərhədyanı bölgədən köçürüb

img

04-03-2019 [14:11]


Pakistan yüzlərlə ailəni Hindistanla sərhədyanı Azad Kəşmir bölgəsindən köçürüb.

"Report” "Anadolu” istinadən xəbər verir ki, hökumət Kəşmirdə hüdud xəttində silahlı qarşıdurmanın dinc sakinlərə təhlükə yarada biləcəyindən ehtiyat edir.

Məlumata görə, rəsmi İslamabadın yaratdığı sığınacağa 200 pakistanlı ailə yerləşdirilib. Sığınacağa ərzaq, geyim və dərman vasitələri çatdırılıb.

Qeyd edək ki, fevralın 27-də Kəşmirdə vəziyyət yenidən gərginləşib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA