Məmmədyarov İraqa dəvət edilib

img

02-03-2019 [23:30]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-ci sessiyasında iştirakı çərçivəsində İraqın xarici işlər nazirinin müavini Hazim Al-Yusifi ilə görüşüb.

Mia.az xəbər verir ki, iraqlı nazir müavini Azərbaycanda mühüm inkişafın müşahidə olunduğunu, təhlükəsizliyin və sabitliyin yüksək səviyyədə təmin olunduğunu, eləcə də mühüm infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Daha sonra Hazim Al-Yusifi tərəflər arasında səfərlər mübadiləsinin vacibliyini qeyd edərək, Nazir Elmar Məmmədyarovu İraq Respublikasına səfərə dəvət edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR