Ərdoğan Aralıq dənizindəki rəqiblərə mesaj verdi: "Biz də axtara-axtara tapacağıq"

img

02-03-2019 [18:15]


"İnşallah Türkiyədə inflyasiyanın səviyyəsi yenidən 6-7%-ə qədər enəcək".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə şəhərində vətəndaşlar qarşısında çıxışı zamanı bildirib. O deyib ki, Türkiyəyə 19-20% səviyyəsində inflyasiya yaraşmır.

R.T.Ərdoğanın sözlərinə görə, heyvandarlıq, quşçuluq, istixana təsərrüfatı ilə məşğul olanlar əkin sulama abunəçisi kimi elektrik enerjisini 12% daha ucuz alacaqlar. Türkiyənin yeni "Yavuz” qazma gəmisi isə müəyyən yoxlama və test işlərindən sonra Aralıq dənizində qazma əməliyyatına başlayacaq.

"Qazma əməliyyatları dəqiq araşdırma və texniki işdir. Digər tərəfdən də qismət işidir. Hər axtaran tapa bilməz, amma tapanlar da axtaranlardır. Biz də axtara-axtara tapacağıq. Gəmilərimizin gördüyü işlərlə bağlı müjdəli xəbər alacağımız günün çox qısa zamanda olacağına inanıram”, - Türkiyənin dövlət başçısı vurğulayıb/Report.

Xatırladaq ki, Aralıq dənizində qaz axtarışı Türkiyə ilə bəzi bölgə ölkələri arasında ciddi qalmaqal yaradıb... 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA