Ermənistan parlamentində Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçiriləcək

img

26-02-2019 [20:59]


 Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri komissiyasında yaxın günlərdə Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi üzrə dinləmələr keçiriləcək.

"Report” "Joxovurd”a istinadən xəbər verir ki, dinləmələrdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının nümayəndəsinin də iştirakı gözlənilir.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdəki "Mənim addımım” fraksiyasının üzvü, komissiyanın sədri Andranik Koçaryan məsələni şərh etməkdən boyun qaçırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA