Putinlə Ərdoğan arasında telefon danışığı olub

img

26-02-2019 [14:51]


 Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Report” "Sabah”a istinadən xəbər verir ki, Rusiya lideri Türkiyə Prezidentini doğum günü münasibəti ilə təbrik edib.

V.Putin Türkiyə-Rusiya əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə R.T.Ərdoğana təşəkkür edib. O, bu ilin aprelində keçiriləcək Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına hazırlıqların başladığını deyib. 

Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü il fevralın 26-da Türkiyənin İstanbul şəhərində anadan olub. Bu gün onun 65 yaşı tamam olur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA