ABŞ Montana ştatını Kanadaya satır: "Orada qunduz-filan yaşadığını onlara deyərsiniz, vəssalam”

img

21-02-2019 [15:05]


ABŞ-da dövlət borcunu azaltmaq üçün Montana ştatını 1 trilyon ABŞ dollarına Kanadaya satmaq təklifi irəli sürülüb.

"Report” "The New York Post”a istinadən xəbər verir ki, Yan Hammond adlı şəxsin təklifi əsasında hazırlanan və "ifrat diqqət cəlb edən” müraciətdə deyilir: "Bizim borclarımız xeyli çoxalıb. Montana isə lazımsız bir yerdir. Sadəcə orada qunduz-filan yaşadığını onlara deyərsiniz, vəssalam”.

Hazırda müraciətin altında toplanan 12 minədək imzanın xeyli hissəsinin Montana sakinlərindən gəldiyi diqqət çəkir. Bu məsələnin Montana hakimiyyət qurumlarının narahatlığına səbəb olduğu, artıq ştatın satışına qadağa qoyan qanun layihəsinin də müvafiq şəkildə hazırlandığı bildirilir.

Qeyd edək ki, hazırda ABŞ-ın dövlət borcu 22,01 trilyon dollardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA