Maduro: "Venesuelaya hərbi müdaxilə olsa, dünya xalqları bizə kömək edəcək"

img

20-02-2019 [15:44]


Venesuela Prezidenti Nikolas Maduro ölkəsinə hərbi müdaxilə baş verərsə, dünya xalqlarının onlara kömək edəcəyi qənaətindədir.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Tibb Universitetinin məzunları qarşısında çıxışı zamanı bildirib.

"Venesuela hücuma məruz qalarsa, dünya xalqları da ayağa qalxaraq onlara qarşı birgə vuruşacaqlar”, - N.Maduro vurğulayıb.

Bundan əvvəl N.Maduro özünü müvəqqəti prezident elan etmiş Milli Asambleya sədri Xuan Quaidonu ölkədə parlament seçkiləri təyin etməyə çağırmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA