Lukaşenko: "Belarus və Aİ münasibətlərin inkişafında əhəmiyyətli irəliləyiş əldə edib"

img

18-02-2019 [13:31]


 "Son zamanlar aydın görünür ki, Belarus ilə Avropa İttifaqı (Aİ) arasındakı əlaqələrdə əhəmiyyətli irəliləyiş var".

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Aİ-nin büdcə və insan resursları üzrə komissarı Günter Öttinger ilə görüşdə deyib.

Belarus Prezidenti əlaqələrin inkişafına birgə layihələrin həyata keçirilməsinin yardım etdiyini vurğulayıb: "Son zamanlar Aİ tərəfdən belə layihələrin maliyyələşdirilməsi əhəmiyyətli dərəcədə artıb. Bu layihələr qarşılıqlı faydalıdır, gəlin, elə bu istiqamətdə də hərəkət edək". 

A.Lukaşenko həmçinin Aİ ilə iqtisadi-ticarət əlaqələrinin inkişafını da yüksək qiymətləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA