İran XİN-dən ABŞ-ın vitse-prezidentinə sərt cavab gəldi: "Səbirli olun, oxuyun..."

img

17-02-2019 [13:23]


 "ABŞ-ın vitse-prezidenti Maykl Pensin Avropanı İran ilə nüvə sazişindən çıxmağa çağıran bəyanatı cəfəngiyyat və təbliğatçılıqdan başqa bir şey deyil.

Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasiminin idarənin saytına yerləşdirilən məlumatında deyilir.

"Anlamaq lazımdır ki, bu ittihamlar və saxta boş sözlər problemin özü və böhranın kökünü həll etmək mümkün olmayacaq. Səbirli olun, oxuyun və hekayənin sadəcə silinməsi və dəyişdirilməsi mümkün olmayan faktlarla dolu olduğunu öyrənin", - deyə Qasimi Pensin sözlərinə cavab olaraq bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA