Ermənistan prezidentindən Qarabağ açıqlaması: "Müharibə hər kəs üçün dağıdıcı olacaq"

img

15-02-2019 [15:02]


"Dağlıq Qarabağdakı dondurulmuş münaqişə hələ də tənzimlənməyib və düzgün idarə edilmədiyi təqdirdə çox təhlükəli ola bilər”.

Bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan Almaniyanın Heidelberg Universitetinə səfəri zamanı deyib.

Onun sözlərinə görə, dondurulmuş münaqişə tənzimlənməyib və düzgün idarə edilmədiyi təqdirdə çox təhlükəli ola bilər.

"Mənim üçün münaqişənin sülh yolu ilə həll edilməsindən başqa yol yoxdur. Başqa variant hər kəs üçün dağıdıcı olacaq. Buradakı mühüm şey, nə qədər güclü olduğunuz, silahlanmaya nə qədər pul xərclədiyiniz və ya ordunuzun nə qədər böyük olduğu deyil. Burada müxtəlif maraq və çətinliklər fokuslaşıb. Bura həqiqətən, müxtəlif sivilizasiyaların kəsişməsidir”, - deyə Sarkisyan qeyd edib/Ordu.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA