Səddam Hüseynin nəvəsi kitab yazdı, 2003-də necə qaçdıqlarını açıqladı: "Çox qaranlıq və soyuq gün idi..."

img

15-02-2019 [11:42]


İraqın 2003-də devrilərək öldürülən prezidenti Səddam Hüseynin nəvəsi Hərir Hüseyn Kamil ABŞ işğalından sonra ölkəni necə tərk etdiklərini açıqlayıb.

Mia.az bildirir ki, bu barədə 32 yaşlı Hərir Hüseyn Kamil "Səddam Hüseynin nəvəsi" kitabında məlumat verib.

O, kitabının girişində qeyd edib ki, "Mən İraq vətəndaşıyam, Səddam Hüseynin qızı Rağadın övladıyam".

İordaniyada Kanada İqtisad Universitetində təhsil aldığını bildirən Səddamın nəvəsinin sözlərinə görə, 2003-cü ildə İraq işğal olunanda ailəsi ilə birlikdə ölkəni tərk ediblər: "ABŞ qoşunları İraqa girəndə, bütün ailəmiz, hər kəs uşaqları ilə ölkəni tərk etdi. Ölkəni tərk etdiyimiz gecə soyuq və çox qaranlıqdır. Həmin vaxtı Səddamın qızları Rağad (anam) və Rananın uşaqları ilə Mosulda olduqları haqda xəbərlər yayıldı. Biz də bundan dərhal sonra ölkədən çıxmaq qərarını verdik. Biz uşaqlar və qadınlar həyatımıza təhlükə olduğundan ölkədən İraq-Suriya sərhədindən piyada addımlayaraq çıxdıq. Bu, bizim üçün böyük riskdir. Suriya hərbçiləri həmin an oradan qanunsuz keçdiyimizi bilsəydi, elə təsadüf atəşlə bizi öldürə bilərdilər. Biz Suriyada bir neçə gün keçirdik. İraq pasportu gəzdirmirdik. Açığı, hər hansı bir plan düşünməyimizi də mümkünsüz idi".

Hərir Hüseyn Kamil yazır ki, daha sonra İordaniya tərəfindən qonaq ediliblər: "Bu günə qədər İraq pasportuna sahib olmadığımız üçün bizə "Ərəb pasportu" verildi. Bundan başqa, bizə aylıq maaş və ev verildi. Bu durum indi də davam edir. Mənim kimi evlənən, yaxud oxumaq üçün xaricə gedənlər Səddamın digər nəvələri də belə vəziyyətdədir".

Səddamın nəvəsi qeyd eidr ki, hələ də ailəsi, xüsusi ilə anası ölüm təhdidi alır: "Iraqı tərk edəndən sonra İngiltərədən qonaq təklifi aldıq. Ancaq şərt qoyuldu ki, heç bir siyasi fəaliyyət olmayacaq".

Daha sonra Kamil babası Səddamın edam edilməsini lənətləyib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA