Səbaildə qaz sayğaclarını oğurlayan şəxslər tutuldu - Adlar

img

13-02-2019 [11:42]


Səbail RPİ-nin 39-cu Polis Bölməsinə fevralın 8-də və 9-da 3 evin girişlərindən qaz sayğaclarının oğurlanması barədə müraciətlər daxil olub.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Cəfərov, Abşeron rayon sakini İ.Əbilov və Ağdam rayon sakini S.Cəfərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR