"Vaşinqton Ankaranı Rusiyanın raket əleyhinə müdafiə sistemlərini almamağa çağırır" - NATO-dakı nümayəndə

img

12-02-2019 [17:39]


Vaşinqton Ankaranı Rusiyanın raket əleyhinə müdafiə sistemlərini almamağa çağırır.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison bildirib.

"Biz Rusiyanın istənilən növ zenit-raket sistemlərinin müttəfiq ölkələr tərəfindən alınmasından narahatıq”, - o, deyib.

Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə ABŞ "Patriot” sistemlərinin alınması təklifinə baxacaq, ancaq "S-400” Rusiya komplekslərindən imtina etməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA