Efirdə azərbaycanlı prezidentliyə namizədin üstünə su tökdülər - VİDEO

img

08-02-2019 [23:42]


Ukraynalı millət vəkili Sergey Şahov ZİK kanalının canlı efirində prezidentliyə namizəd, Dövlət Fiskal Xidmətinin keçmiş rəhbəri Roman Nəsirovun üzünə su çırpıb.

Mia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, insident sözlü mübahisədən sonra yaşanıb.

Nəsirov bildirib ki, bir il ərzində ölkədə minimum əmək haqqı artaraq 15 min qriven, pensiyalar isə 5 min qriven ola bilər. Nəsirovun sözlərinə hikkələnən Şahov "Siz insanların əmək haqları, pensiyaları haqda danışdınız. Siz hansı hökumətdə işləyirsiniz, deyin, zəhmət olmasa? Bu gün sizə yenilənmək lazımdır” deyərək stəkandakı suyu opponentinə tərəf atıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA