"Böyük Türkiyə hədəfinə qarşı qurulan hər tələni dağıtdıq, yenə dağıdarıq" - Ərdoğan

img

08-02-2019 [20:27]


 "Vətənimizə uzanan hər bir əli qırarıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas şəhərində keçirdiyi mitinqdə bildirib.

"Sivas əsarətə meydan oxuyan bir qərargahdır. Milli sərhədlər içində vətən bütövdür. İstiqlalımız namusumuz, şərəfimizdir. Yüz ildən sonra yenə eyni yerdən təkrar edirik - Vətənimiz, bayrağımız, istiqlalımız, namusumuz şərəfimizdir. Vətənimizə uzanan hər bir əli qırarıq. Cudidə, Afrində, Gabarda qırdıq. Yenə qırarıq. 

Böyük Türkiyə hədəfinə qarşı qurulan hər tələni dağıtdıq, yenə dağıdarıq. Bizə hücum etmək istəyənlərə lazım olan dərsi verdik, yenə belə edərik. İçəridən, ya da xaricdən Türkiyəyə qarşı əməliyyat aparmaq istəyənlərə lazım olan dərsi verərik”, - deyə Türkiyə Prezidenti vurğulayıb/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA