Bakıda kişi dəm qazından zəhərlənib

img

06-02-2019 [11:27]


Bakıda evdən kişi meyiti tapılıb. Fevralın 5-də Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan Tofiq Bədirovun meyiti evinin hamam otağında aşkar edilib. 

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib.

Ölümün səbəbinin müəyyən olunması məqsədi ilə məhkəmə tibb ekspertizası təyin olunub, digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin araşdırma zamanı müəyyən olunub ki, T.Bədirov dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

"Qafqazinfo"


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA