Bakıda sərnişin aftobusunda yanğın - Video+Yenilənib

img

03-02-2019 [14:26]


Bakının Xətai rayonunda, Əhmədli metrosunun çıxışında 46 saylı marşrutda yanğın olub.

Yaxınlıqdakı "Bakı Bus” marşrutlarının sürücülərinin müdaxiləsindən sonra yanğın söndürülüb.

Sərnişinlər vaxtında təxliyyə olunduğundan yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə təcili yardım maşınları və yanğınsöndürən cəlb olunub.

İnsidentin səbəbi hələlik məlum deyil.

***

Fövqəladə hallar Nazirliyindən verilən məlumata görə, "Daewoo" markalı sərnişin avtobusunun arxa təkəri yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub/qafqazinfo




Digər xəbərlər
SON XƏBƏRLƏR