29-01-2019 [18:59]
Yanvarın 29-da Xarici İşlər Nazirliyində "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların diplomatik nümayəndələri ilə görüşü keçirilib.
Tədbiri açan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən bəhs edərək, yüz minlərlə azərbaycanlının işğal olunmuş Dağlıq Qarabağ regionundan və ətraf rayonlardan öz evlərindən və mülklərindən zor gücünə didərgin salındığını qeyd edib. O, işğal edilmiş ərazilərimizin azad olunmasının və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının vacibliyini vurğulayıb. Münaqişənin həlli ilə bağlı davam edən danışıqlar çərçivəsində erməni və azərbaycanlı əhalinin sülhə hazırlanması çağırışını xatırladan nazir müavini bu xüsusda ölkəmizin Dağlıq Qarabağ bölgəsinin iki icması arasında təmasların və dialoqun bərpa edilməsinin önəmini diqqətə çatdırıb.
Mahmud Məmməd-Quliyev görüşün əsas məqsədinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının 23 nəfərdən ibarət olan İdarə Heyətinin ölkəmizdəki diplomatik korpusa təqdim edilməsi olduğunu qeyd edib. O, işğal olunmuş torpaqlarımızdan didərgin salınmış məcburi köçkünlərin, o cümlədən ölkəmizin Dağlıq Qarabağ bölgəsinin 80 min nəfərdən çox azərbaycanlı icmasının pozulmuş fundamental insan hüquqlarının bərpa olunmasının və bu insanların səsinin beynəlxalq səviyyədə eşidilməsinin yüksək əhəmiyyət kəsb etdiyini diplomatik korpusun diqqətinə çatdırıb.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu ağır fəsadları qeyd edərək, beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı mövqeyini, o cümlədən BMT TŞ-nin 4 qətnaməsinin tələblərini tədbir iştirakçılarına xatırladıb. Bu xüsusda, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ədalətli həllinin tərəfdarı olduğunu vurğulayıb. Şöbə müdiri bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyan, onların bütün fundamental hüquq və azadlıqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozan Ermənistanın Dağlıq Qarabağın erməni icmasına imtiyazlı hüquqlar tələb etməsi insan hüquqlarının qorunması üzrə bütün sənədlərə köklü şəkildə ziddir.
Daha sonra Hikmət Hacıyev Azərbaycan Respublikası hökuməti tərəfindən bütün məcburi köçkünlər və qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən ardıcıl siyasətdən, Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan bəhs edib və bu xüsusda yanvarın 28-də şəhid ailələri ilə keçirilən görüş barədə tədbir iştirakçılarına məlumat verib. Şöbə müdiri vurğulayıb ki, Cocuq Mərcanlı kəndində aparılan quruculuq işləri, məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmasının təmin olunması işğaldan azad ediləcək bütün ərazilərin bərpa olunması, dayanıqlı sülhün və inkişafın bərqərar olması üçün Azərbaycan Respublikasının əzmini bir daha nümayiş etdirir.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev çıxış edərək öncə icma haqqında məlumat verib. O, icmanın ATƏT-in 1992-ci il Helsinki qərarına əsasən münaqişənin həllində maraqlı tərəf olduğunu qeyd edib. Tural Gəncəliyev icmanın İdarə Heyətinə daxil olan 23 nümayəndəni təqdim edib. O, çıxışında vaxtı ilə Şuşada erməni qonşuları ilə birgə sülh şəraitində yaşadığı günləri xatırlayaraq, azərbaycanlı icmanın erməni icması isə təmaslar qurmağa və konstruktiv dialoq aparmağa hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra icmanın İdarə Heyətinin üzvləri, Xocalıda anadan olmuş Dürdanə Ağayeva və Samirə Hüseynova çıxış ediblər. Onlar Azərbaycanın Xocalı şəhərinin işğalından öncə burada ermənilərlə birgə əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edərək, dinc erməni əhalisinin Ermənistanın işğalçı siyasətinin girovuna çevrildiyini vurğulayıb, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun bərpa olunmasının bölgədə etimadın yaradılması baxımından əhəmiyyətli olduğunu bildiriblər.
Tədbir zamanı, həmçinin ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının digər üzvləri də öz fikirlərini bildirib, eləcə də suallarını diplomatik korpusun nümayəndələrinə ünvanlayıblar/Azərtac.
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibəyə bütün bölgəyə təhlükəsi yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açqı mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"