29-01-2019 [17:19]
"Prezident İlham Əliyevin şəhid ailələrini qəbul etməsini müsbət qiymətləndirirəm. Bu, bir daha göstərdi ki, İlham Əliyev hər zaman şəhid və onların ailələrinə xüsusi önəm verir. Amma bu məsələ aidiyyatı orqanların rəhbərlərinin səriştəsizliyini ortaya qoymuş oldu”.
Bu fikirləri Mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, nazir və digər vəzifəli şəxslər qəsdən narazılıq yaradırlar ki, problemlər daha qabarıq şəkildə üzə çıxsın: "Əgər Prezident hər bir vətəndaşın işinə özü baxacaqsa, o zaman bu qədər məmur ordusu nəyə lazımdır? Bu adamlar dövlət büdcəsinin əsas hissəsini mənimsəyirlər. Amma narazılıq yaratmaqdan başqa iş görmürlər.
Özünüməşğulluq layihəsi çərçivəsində rayonlarda vətəndaşlara verilən heyvanlarla bağlı vəziyyət biabırçıdır. Mənə şəkillər çəkib göndərirlər. İnandırım sizi elə heyvanlar verirlər ki, kəndlinin həyətinə çatanda ölür. Prezident fərman verir, amma bu fərmanın icrasına nəzarət etməli olan adamları başı başqa işə qarışıb. Ona görə də narazılıq artır. Əgər bu qədər haqsızlıq olmasa, heç kim meydana çıxmaz. Bu məmurlar narazılıq yaratmaqla müxalifətə pas ötürürlər.
Qazın, işığın qiymətini qaldırırlar, bazarlarda qiymətlər hər gün bahalaşır. 150 manat pensiya alan adam nə etməlidir? O pulla nazirlər heç bir saat dolana bilməz. Qənaətə elə həmin nazirlərdən, komitə sədrlərindən başlamaq lazımdır. Hərəsi 5 katibə saxlayır, hərəsinə də yüzminlik maşınlar alıblar, villalarda yaşayırlar. Bu pullar xalqındır. Xalq isə yaman gündə yaşayır. Ona görə də struktur islahatları davam etdirilməli, bəzi dövlət qurumlarında ixtisarlar aparılmalı, lazımsız qurumlar ləğv olumalı, yeni iş yerləri açılmalı, büdcənin həcmi artırılmalı, pensiya və müavinətlər, eləcə də maaşlar artırılmalıdır”.
Partiya sədri son dövrlər tətbiq olunan vergi sistemi ilə bağlı narazılığını ifadə edib. O bildirib ki, gündəlik çörəkpuluna çıxan işçilərdən vergi tutmaq yanlış siyasətdir:
"Bildiyimə görə, bütün bu dəyişikliklər Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov tərəfindən təqdim olunub. Hesab edirəm ki, bu cür təbəqənin nümayəndələrinin əlavə yük altına salınması yanlışdır. Qəssaba əlavə ödəniş tələbi qoyanda o nə etməlidir? Məcburən artıq xərci məhsulun üstünə qoymalıdır. Bu zaman da avtomatik olaraq bahalaşma yaranır. Yəni, elə siyasət aparmaq lazımdır ki, vətəndaş zərər görməsin. Amma görünən odur ki, məmurlar vətəndaşları nəzərə almır. Bu gün sahibkarların istehsal elədiyi toyuq piştaxtada qalıb, amma hansısa məmurun qohumu xaricdən keyfiyyətsiz toyuq gətirib bazarda satışa çıxarır. Halbuki həmin toyuqlar insan orqanizminə zərərdir. Amma arxası var deyə, heç kim ona bir söz demir. Bu ədalətsizliyə son qoymaq lazımdır”.
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibəyə bütün bölgəyə təhlükəsi yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açqı mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"