Bank prezidentinin oğlu AA nişanlı maşınla dərəyə aşdı - VİDEO

img

29-01-2019 [16:52]


Magistral yolda 3 avtomobil toqquşub.

Bakı-Quba yolunun Abşeron rayonuna düşən hissəsində 3 avtomobil toqquşub. Magistral yolda "Mercedes" markalı 10 AA 730 , "Mercedes" markalı 99 NL 847 və "Hundai" markalı 90 VJ 997 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Hadisə zamanı "Mercedes" idarəetməni itirərək dərəyə aşıb. Sürücü yüngül xəsarət alıb.

Hadisə yerinə Baş DYPŞ-nin əməkdaşları cəlb olunub.

Qəzanın dəqiq səbəbləri araşdırılır/qafqazinfo

"AzPolitika.info” dəqiqləşdirib ki, qəzaya düşən avtomobillərdən birinin – "Mercedes” markalı 10 AA 730 dövlət nömrə nişanlı bahalı avtomobilin sükanı arxasında tanınmış iş adamının, "Bank Respublika” ASC-nin prezidenti Natiq Quliyevin oğlu Saday Quliyev olub. 

Onun yüngül xəsarət aldığı, hadisənin də məhz bank sahibinin oğlunun günahı ucbatından baş verdiyi bildirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA