24-01-2019 [13:48]
REAL partiyası mövcud ictimai-siyasi vəziyyətdə atılacaq növbəti addımlar, o cümlədən 26 yanvar tarixində keçiriləcək mitinqində iştirak etməməklə bağlı qərarını açıqlayıb.
Mia.az xəbər verir ki, partiyanın icra katibi Natiq Cəfərli bu barədə qərarlarını Amerikanın Səsinə izah edib.
Natiq Cəfərlinin sözlərinə görə, Mehman Hüseynova qarşı qaldırılmış yeni cinayət işinə xitam verilməsi cəmiyyət üçün kiçik bir qələbədir və bu qələbə insanlarda ciddi ruh yüksəkliyi yaradıb: "Mehman Hüseynovla bağlı dekabrın sonlarından başlanan bir proses oldu. Onu şərləyərək həbs müddətini uzatmaq istəyirdilər. Buna qarşı həm özünün dirənişi, həm cəmiyyətin müxtəlif kəsimlərindən gələn reaksiyalar, beynəlxalq təpkilərin güclənməsi, xarici medialarda çıxan yazılar, Avropa Parlamentinin qəbul etdiyi qətnamə və sonda son illərin ən çoxsaylı mitinqi olan 19 yanvar mitinqi hakimiyyəti Mehman Hüseynovla bağlı məsələdə geriyə və ya irəli addım atmağa vadar etdi. Biz düşünürük ki, bu kiçik bir qələbədir və bu qələbə insanlarda ciddi ruh yüksəkliyi yaradıb. Böyük qələbəyə gedən yol belə kiçik addımlarla olmalıdır. İndiki zamanda növbəti səhv addım yaranmış yeni pozitiv dalğanın növbəti dəfə söndürülməsinə xidmət etmiş olar. Əgər növbəti dəfə ciddi represiyya dalğası başlayacaqsa və buna rəvac veriləcəksə Azərbaycanda bir müddət yenə susqunluq dövrü yaşana bilər."
REAL-ın icra katibi əlavə edib ki, növbəti mitinqdə iştirak edərək mövqelərinin təkrarlanmasına ehtiyac görməsələr də, sosial aktivliyin möhkəmləndirilməsi üçün çeşidli vasitələrdən istifadə edəcəklər:
"Mehman Hüseynovun işi ilə də bağlı çeşidli vasitələrlə, özümüzün şəxsi əlaqələri, REAL partiyasının əlaqələri ilə kifayət qədər geniş beynəlxalq kampaniya apardıq. Bundan başqa siyasi məhbusların hamısı ilə bağlı buna bənzər kampaniyaların aparılmasında israrlı işimizi davam etdirəcəyik.
Biz elə bu gün qəbul etdiyimiz sənəddə də vurğulamışıq ki, hökümət üçün də siyasi məhbus probleminə birdəfəlik son qoymaq üçün bir fürsət yaranıb. Sonuncu dəfə 2016-cı ildə əfv fərmanı oldu və onlarla siyasi məhbus azadlığa çıxdı. İndi də belə bir situasiya yaranıb. Biz də höküməti düşünməyi dəvət edirik ki, mart ayında bu məsələyə birdəfəlik son qoyulsun. Azərbaycanda siyasi məhbus olmamalıdır.
Siyasi məhbus mövzusu ilə bağlı bizim mövqeyimiz dəyişməyib ki, hər dəfə eyni şeyləri təkrar edək. 19-unda nə deylibsə, 26-sı mitinqinə də aiddir, 30-u olsa ona da aiddir, fevralda olacaqsa fevrala da aiddir. Eyni mövqedə qalmışıq, eyni mövqedən çıxış edirik.
Əgər 26-sındakı mitinqə icazə veriləcəksə, REAL partiyasının üzvləri fərd olaraq iştirak etməkdə sərbəstdirlər, amma partiya olaraq biz iştirak etməyəcəyik. 19-unda olunan çıxış bütün mitinqlərdəki siyasi məhbus mövzusu ilə bağlı keçərlidir. Eyni fikirləri dəfələrlə təkrar eləməyə lüzum yoxdur."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident onları mükafatlandırdı - SİYAHI
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı