Hakim Əvəz Zeynallıya qarşı iddianı icraata qəbul etmədi – Açıqlama

img

23-01-2019 [16:40]


Nərimanov rayon Məhkəməsi Miri Həsənovun Əvəz Zeynallıya qarşı xüsusi ittiham qaydasında verdiyi ərizəsini icraata qəbul etməyib.

Mia.az xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynalının özü məlumat verib.

***

Tanınmış jurnalist Əvəz Zeynallı məhkəməyə verilib.

Ə. Zeynallı bu barədə "Facebook” profilində məlumat verib.

Bildirib ki, onu Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov onu xüsusi ittiham qaydasında məhkəməyə verib: "İddia isə odur ki, jurnalist M. Həsənovun xəbəri olmadan onun portretini internetdə yayıb, bu isə oğurluqdur və oğurluq da cinayət tərkiblidir”.

Ə. Zeynallı bu iddianın gülməli olduğunu yazıb.

Məhkəmə bu gün saat 15:00-da baş tutacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR