"Ötən gün 111 cinayət faktı olub, 11-i "isti iz"lərlə açılıb" - DİN

img

22-01-2019 [10:47]


Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, yanvarın 21-də ölkədə 111 cinayət faktı qeydə alınıb, onların da 11-i "isti izlər”lə açılıb:

"Əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətinaçılması təmin olunub.

 Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR