Daha 3 vəkilin fəaliyyəti dayandırıldı - Qərar

img

21-01-2019 [20:57]


Bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin iclası keçirilib.

Mia.az VK-na istinadən bildirir ki, iclasda vəkillər barəsində başlanılmış 12 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 3 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunub: 

"Həmçinin 1 vəkilə irad, 1 vəkilə töhmət verilib, 6 iş üzrə isə pozuntu aşkar edilmədiyi, eləcə də daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 1 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR