18-01-2019 [16:28]
Xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə bu ilin 16 yanvar tarixində Parisdə keçirilmiş görüşü ilə bağlı özünü sepratçı rejimin "mətbuat katibi” kimi təqdim edən David Babayanın bəyanatına Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev reaksiya verib.
Mia.az Tural Gəncəliyevin sosial şəbəkədəki səhifəsində özü tərəfindən yayılan kiçik müsahibəni təqdim edir:
- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə bu ilin 16 yanvar tarixində Parisdə keçirilmiş görüşlə bağlı ölkəmizin işğal edilmiş torpaqlarında yaradılmış və özünü qanunsuz rejimin başçısının qondarma "mətbuat katibi” kimi təqdim edən David Babayanın son şərhi ilə bağlı fikirlərinizi bilmək istərdik.
- İlk növbədə qeyd edim ki, Parisdə keçirilmiş danışıqların perspektivləri ilə əlaqədar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səsləndirdiyi bəyanat ümidverici olsa da, biz danışıqlardan daha konkret nəticələr gözləyirik.
David Babayanın səsləndirdiyi "yeni elementlər” və "konkret addımlar qismində tərəflərin dialoqa cəlb edilməsi” fikirlərinə gəldikdə isə, biz Dağlıq Qarabağın azərbaycanlı icması olaraq, daha öncə səsləndirdiyimiz bəyanat və şərhlərdə erməni və azərbaycanlı icmaları arasında konstruktiv dialoqun aparılması və təmasların qurulmasının tərəfdarı kimi çıxış edərək, münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı tərəf olduğumuzu dəfələrlə bəyan etmişik və buna hazır olduğumuzu bir daha təkrar edirik. Bu baxımdan, qanunsuz rejimin başçısının qondarma "mətbuat katibi”nin səsləndirdiyi fikir bizim üçün yeni deyil.
Həmçinin, Babayana bir daha xatırlatmaq istərdim ki, münaqişənin tərəfləri kimi Ermənistan və Azərbaycan, maraqlı tərəfləri qismində isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları müəyyən edilib və bu, ATƏM-in Nazirlər Şurasının 1992-ci ildə Helsinkidə keçirilmiş görüşündə qəbul edilmiş sənədlə təsbit edilib. Ona görə də, maraqlı tərəf kimi yalnız Dağlıq Qarabağın erməni icmasından danışmaq və azərbaycanlı icmasını görməməzdikdən gəlmək Paris görüşündə səsləndirilmiş bəyanatın ruhuna ziddir və konstruktivlik mühitinin yaradılmasına kömək etmir.
Eyni zamanda, 16 yanvar tarixində keçirilmiş Paris görüşü nəticəsində verilmiş bəyanatdan göründüyü kimi, tərəflər arasında nəticəyə yönəlik danışıqların davam etdirilməsi məsələsinə toxunulub. Hesab edirik ki, icmalararası dialoq və təmaslar Paris danışıqları zamanı gündəmdə olan hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarının müzakirəsi müstəvisində xüsusi əhəmiyyət kəsb edir.
Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tezliklə münaqişənin sülh yolu ilə tənzimlənəcəyinə və erməni icması ilə birgə yaşayışın təmin ediləcəyinə ümid edir.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident onları mükafatlandırdı - SİYAHI
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı