17-01-2019 [00:30]
Qoç - işgüzar danışıqlar üçün əlverişli gün deyil. Əks tərəfdə özünüzə rəğbət hissi oyada bilmirsiniz. Mövqelərinizi arqumentlərlə möhkəmləndirin. Konstruktiv başlayan diskussiyalar az sonra mübahisəyə çevrilə bilər.
İradlar və tənqidlərdə ifrata varmayın. Əks təqdirdə həmsöhbətləriniz də sizə adekvat cavab verəcəklər.
Təmkinli və soyuqqanlı olun. Ruhdan düşməyin, pərişanlığa qapılmayın. Emosiyalarınızın öhdəsindən gəlsəniz, bir sıra problemlərdən qurtulacaqsıqız. Yaxınlarınız sizi dəstəkləyəcəklər. Sevdiyiniz insanın xoş sözlərini və məsləhətlərini eşitmək əhvalınızı yaxşılaşdıracaq.
Buğa - çətin və qarışıq olsa da, geri çəkilməyin. Qətiyyət və iradə sizə maneələri dəf etməyə, yeni müttəfiqlər tapmağa yardım edəcək. Həddən ziyadə çalışaraq özünüzü yormayın. Əks təqdirdə əhvalınız pisləşəcək, səhhətinizdə problemlər yaranacaq. Maliyyə problemləri yarana bilər. Alış-verişdə planlaşdırdığınız alışlardan imtina etməli olacaqsınız.
Səfər və ya səyahətdə ehtiyatlı olun. Sükan arxasında çox vaxt keçirməyin. Həmişəkindən fərqli olaraq, bu gün yolda fikirli ola bilərsiniz.
Axşam saatlarını sakit istirahətə həsr edin. Ünsiyyəti yalnız ən yaxın insanlarla məhdudlaşdırın.
Əkizlər - sakit və soyuqqanlı qalmaq çətindir. Günün istənilən hadisələrinə çox sərt reaksiya verməyin. Hadisələrə sərt reaksiya verərək yaxın ətrafınızdakı insanları pərişan etməyin. Belə davranış ünsiyyətdə problemlər yarada bilər. Başladığınız işləri yarımçıq qoyaraq onları unutmayın. Yorulsanız da, çalışın.
Günün maliyyə fonu əlverişlidir. Gəlirlər olacaq. Alış-veriş üçün münasib gündür. Yeni praktiki bilik və bacarıqlar əldə edin. Yaradıcılıq potensialınızı reallaşdıra bilərsiniz.
Xərçəng - ünsiyyət üçün əlverişli gün deyil. İşgüzar danışıqlar və fərdi müzakirələr yaxşı keçmir. Münaqişəyə yol verməmək üçün fikrinizi söyləmək istəmirsiniz. Amma bu, yaxşı heç nə vəd etmir. Yerinə yetirə bilməyəcəyiniz öhdəlikləri boynunuza götürməyin, boş vədlər verməyin. Mənasız və çox usandırıcı fəaliyyətə qatılmayın.
Hüquqi və maliyyə məsələlərini həll etmək, əmlak bölgüsü ilə bağlı nüansları müzakirə etmək üçün əlverişli zaman deyil.
Axşam saatlarında aktiv istirahəti seçin.
Şir - çoxsaylı yeni ideyalar yaranır. Lakin onların tam əksəriyyəti ilk baxışdan göründüyü təki yaxşı deyil. Problemlərin effektiv həllini tapmaq asan deyil. Ən sadə və kiçik məsələləri həddən artıq mürəkkəbləşdirməyin. Sınanmış metodlardan imtina etməyin. Ehtiyac olmayan təqdirdə eksperimentlər aparmayın.
Özünüzə həddən ziyadə güvənsəniz, işlərinizdə ciddi səhvlərə yol verəcəksiniz.
Axşam saatlarına mühüm heç nə planlaşdırmayın. Həmin saatlarda diqqəti cəmləmək çətindir.
Asan, amma maraqlı işlərlə məşğul olun.
Qız - ictimai fəaliyyət üçün əlverişli zamandır. Ümumi maraqları olan insanları bir araya gətirərək qarşılıqlı faydalı əməkdaşlığa başlamaq olar. İşgüzar danışıqlar və müzakirələr pis keçməyəcək. Peşəkar fəaliyyət müstəvisində irəliləmək şansları var.
Mühüm məsələləri müzakirə etmək, qərarlar qəbul etmək olar. Səhvə yol verməyin. Davranış stilini dürüst seçin. Minimum informasiyaya malik olsanız da, düzgün qərarlar verin. Axşam saatlarını yaxınlarınızla ünsiyyətə həsr edin.
Tərəzi - qətiyyətli, iradəli, inadkar olun. Məhz bu məziyyətləriniz uğurun zəruri şərtləridir. Çalışdığınız yerdə uzun müddətdən bəri davam edən ixtilafı aradan qaldırın. Belədə dünənki bədxah və rəqiblərdən biri müttəfiqə çevrilə bilər.
Sənədləşdirmə və ağır işə müqayisədə müzakirələrlə ünsiyyət üçün daha əlverişli gündür.
Maliyyə fonu əlverişlidir. Gəlirlər istisna deyil. Alış-veriş edə bilərsiniz.
Axşam saatları qonaqlar olacaq. Səxavətli və gülərüz ev sahibi olun.
Maraqlı və faydalı məlumatlar əldə edəcəksiniz.
Əqrəb - yaşam potensialı və enerjiniz yüksək səviyyədədir. Əvvəlki günlərlə müqayisədə çox işləsəniz də, yorğunluq hiss etmirsiniz. Günün ilk yarısında müstəqil çalışmaq olar. Bir qədər sonra isə birgə layihələrə qatılmaq olar.
Bütün hallarda uğur sizin olacaq.
Peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərlə bağlı mühüm məsələləri müzakirə etmək olar. Sənədlər imzalamaq, uzunmüddətli anlaşma ilə bağlı razılaşmalar əldə etmək üçün əlverişli gündür. Şəxsi münasibətlərdə müsbət dəyişikliklərə nail olmaq istəyirsinizsə, təşəbbüskar olun.
Oxatan - əsas hadisələrin məcrasından kənarda qalmağa çalışsanız da, istəyinizə nail olmayacaqsınız. Bütün hərəkətləriniz diqqəti cəlb edir. Yeni müttəfiqlər və həmfikirlər olacaq. Yeni münasibətlərin başlanması istisna deyil.
İmiclə cəsarətli eksperimentlər üçün əlverişli gündür. Yeni tanışlarda xoş təəssüratlar yaratmağa çalışın. Dəstəyini almağa can atdığınız insanla danışıqlarda konkret olun.
Oğlaq - çətin və qarışıq olsa da, ümidsiz gün deyil. İntellektual potensial səviyyəsi yüksəkdir. Ən çətin situasiyada belə, çıxış yolu tapa biləcəksiniz. Məntiqlə və təmkinlə hərəkət edin. Mühüm informasiya ala bilərsiniz. Xırdalıqlarla təfərrüatlara fikir verin. İndi önəmsiz təsir bağışlayan nəsnə bir qədər sonra ciddi əhəmiyyət kəsb edə bilər.
Danışıqlar və müzakirələr çox vaxt alır. Başınız söhbətə qarışmasın, işləri unutmayın. Zəhmətkeşlik və inadkarlıq sayəsində rəqiblərinizi üstələyin. Problemlərin həllini sonraya saxlamayın.
Dolça - bir sıra məsələlər baxımından uğurlu gündür. Maraqlı işgüzar təkliflərin alınması istisna deyil. Peşəkar fəaliyyət müstəvisində irəliləməklə yanaşı əvəllər əlçatmaz hesab etdiyiniz uğurlara nail ola bilərsiniz. İşgüzar danışıqlar pis keçmir. İndiyədək sizə qarşı kəskin mənfi mövqe tutmuş insanlardan biri müttəfiqə çevrilə bilər.
Həmişəkindən fərqli olaraq daha eqoist və təşəxxüslü olmayın. Soyuqqanlı, məntiqli olun. Öhdəsindən gələ biləcəyiniz işə başlayın. Maliyyə məsələlərində qayda yaradın. Çoxdan can atdığınız anlaşmaya nail ola bilərsiniz.
Balıqlar - müsbət təmayüllərin təsiri güclənir və bu, işgüzar münasibətlərlə yanaşı, şəxsi təmaslara da təsir edir. Ünsiyyət daha harmonik və komfort olur. Təmaslarda problemlər yaranmır. Əməkdaşlıq perspektivlərini müzakirə etmək, birgə layihə çərçivəsində işə başlamaq olar.
Dəvət olunduğunuz tədbirə qatılmaqdan boyun qaçırmayın. Vaxtınızı yaxşı keçirməklə yanaşı, yeni və faydalı tanışlıqlara nail ola bilərsiniz. Yeni romantik maraq, macəra mümkündür.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranacağını düşünməyin.
Milli.az
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raket vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq
İsrail Livanla bağlı daha bir xəritə yaydı - 30 bölgə bombalanacaq
İsrail Livanı bombalayır - Ölənlərin say artıb