“Azərbaycan Dəmir Yolları”:  qatarların hərəkət cədvəlində dəyişiklik olunacaq

img

04-03-2026 [16:58]


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 8 Mart - Beynəlxalq Qadınlar Gününü ilə bağlı qatarların hərəkət cədvəlində dəyişiklik edəcək.

Mia.az xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.

Bildirilib ki, 8 martın bazar gününə düşməsi ilə əlaqədar 9 mart qeyri-iş günü kimi təsdiqləndiyi üçün 7, 8 və 9 mart tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA