"Ötən gün 107 cinayət faktı olub, 22-si "isti iz"lərlə açılıb" - DİN

img

16-01-2019 [10:25]


Ötən gün ərzində daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 107 cinayət faktı qeydə alınıb, onların da 22-si "isti izlər”lə açılıb:

"Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR