Zamirə Hacıyevanın 2 milyonluq üzüyü müsadirə olundu - FOTO

img

15-01-2019 [10:23]


Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın dəyəri 1 milyon funt sterlinqdən ( təxminən 2 milyon manat) baha olan brilliant üzüyü müsadirə edilib.

Mia.az "İndependent”ə istinadən xəbər verir ki, "Cartier” zərgərlik brendinə məxsus üzük Milli Cinayət Agentliyinin əməkdaşları tərəfindən altı ay müddətinə müsadirə olunub. Onlar üzüyün hansı vəsait hesabına alındığını, maliyyə mənbəyini araşdıracaqlar.

Qeyd edək ki, son 10 ildə Londonun məşhur univermağı "Harrods”da 35.85 milyon manat xərclədiyi üçün mühakimə edilən 55 yaşlı Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində ötən ilin noyabrın 6-da London polisi tərəfindən həbs olunub.

Noyabrın 8-də isə London Ali Məhkəməsinin qərarı ilə 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxılıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA