Salyanda yol qəzası olub - 4 nəfər xəsarət alıb + Adlar

img

08-01-2019 [18:42]


 Salyan rayonunda yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub. 

Mia.az "Report”a istinadən xəbər verir ki, bunlar Neftçala rayon sakinləri - 1956-cı il təvəllüdlü Mircəfər Mircabbar oğlu Ağalarov, onun həyat yoldaşı, 1956-cı il təvəllüdlü Mirvari Mirəhməd qızı Ağalarova, 1967-ci il təvəllüdlü Gülqədəm Abduləli qızı Mirzəzadə və 1956-cı il təvəllüdlü Asudə Həsən qızı Cəfərovadır.

Xatırladaq ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki "Mercedes” markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb, nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR