Türkiyədə 24 yaşlı Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - Səbəb

img

03-01-2019 [13:47]


Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda Azərbaycan vətəndaşı qətlə yetirilib.

"Report” "Haberler”ə istinadən xəbər verir ki, 24 yaşlı Qənirə Cabbarova Teffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında avtomobildə H.A. adlı şəxslə mübahisə edib. Bu mübahisənin dava-dalaşa dönməsi nəticəsində Qənirə Cabbarova bıçaqlanıb. H.A. həbs edilib. 

Azərbaycan vətəndaşının cənazəsi isə müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Antalya şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.  

Digər xəbərlər
SON XƏBƏRLƏR