26-12-2018 [23:45]
Araşdırmaçı jurnalist Cavanşir Həsənli keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvlərinin Avropa ölkələrində, Kiprdə və Türkiyədə malik olduğu şirkətlər və daşınmaz əmlak barədə araşdırma aparıb.
Mia.az xəbər verir ki, jurnalistin öz "Facebook" səhifəsi vasitəsi ilə yaydığı araşdırma materialında əvvəlcə keçmiş nazirin yaxınlarının malik olduğu şirkətlərin adları təqdim olunur:
– "NORDFIELDS HOSPITALITIES LTD" – İngiltərə
– "NORDFIELDS INVESTMENTS LIMITED" – İngiltərə
– "STAMINA INVESTMENTS LIMITED" – İngiltərə
– "WELGEAR INVESTMENTS LIMITED" – Kipr Respublikası
- "STS TURİZM VE OTELCİLİK İNŞAAT LİMİTED" – Türkiyə
- "DEREAN LIMITED" – İngiltərə
– "LIEGENSCHAFTSVERWERTUNGS GmbH" – Avstriya
– "WU IMMO CENTER GMBH" – Almaniya
– "REANDER LIMITED" – İngiltərə
– "ROMERSTAL INVESTMENTS LIMITED" – İngiltərə
– "LLOYD MCKENZIE LIMITED" – İngiltərə
– "WU TRAINING CENTRE UK LTD" – İngiltərə
– "TURNKEY SOLUTIONS LIMITED" – İngiltərə
– "ISLA INVESTMENT, S.R.O". – Çexiya
Hüseynqulu Bağırovun ailəsinə məxsus "NORDFIELDS MANAGEMENT LIMITED" şirkəti 2015-ci ilin iyunun 15-dən fəaliyyətdədir. İngiltərə Ədliyyə Nazirliyindən SC507502 saylı şəhadətnamə alıb. Şirkət Hüseynqulu Bağırovun qızı - 1989-cu il, iyul təvəllüdlü Sevinc Bağırovanın adına rəsmiləşdirilib. Fəaliyyət sahəsi maliyyə menecmentliyi göstərilir.
Sevinc Bağırovanın İngiltərədəki evi i85-87, Borough High Street, London ünvanında yerləşir. Söhbət hansısa bir mənzildən yox, mülkiyyət olaraq satın alınmış iri binadan gedir.
Hüseynqulu Bağırovun qızı Sevinc Bağırovanın adına açdığı daha bir şirkət - "NORDFIELDS HOSPITALITIES LTD" də 2015-ci ilin iyunun 3-də Birləşmiş Krallıqda qeydiyyatdan keçib.
Yəni Bağırovlar İngiltərədə bir gündə iki şirkət açıblar.
"NORDFIELDS HOSPITALITIES LTD" SC507488 saylı qeydiyyat şəhadətnaməsi alıb. Hal-hazırda da fəaliyyət göstərir. Qeydiyyat ünvanı: 85-87, Borough High Street, London, England
Bu şirkət vasitəsilə Bağırovlar ailəsi 2015-ci ilin oktyabrın 9-da Şotlandiyanın Qlazqo şəhərində Avropanın məşhur sanatoriyalarından olan "Buchanan Arms Otel"i alıb. Otel 3 ulduzlu olsa da, müalicə və istirahət üçün yaxşı təmin olunub. Sanatoriyanı Sevinc Bağırova idarə edir.
Keçmiş nazirin ailəsinə məxsus "STAMINA INVESTMENTS LIMITED" isə bu şirkətlərdən 3 ay əvvəl, - 2015-ci il martın 5-də qeydiyyatdan keçib. Şəhadətnamə nömrəsi: 09471905. Ünvan isə eyni olub: 85-87, Borough High Street, London, England. Bu şirkət də Sevinc Bağırovanın adına olub.
Bağırovlar ailəsi "STAMINA INVESTMENTS LIMITED" vasitəsilə Londonda bir neçə daşınmaz əmlak alışını həyata keçirib və 23 Avqust 2016-cı il tarixdə onu qapadıblar.
Hüseynqulu Bağırovun İngiltərə sevdasına əlavə olunan növbəti şirkət "NORDFIELDS PROPERTIES LIMITED"-dir. Şirkət SC444402 saylı şəhadətnamə ilə 2015-ci ilin mayın 7-də Londonda qeydiyyatdan keçib. Ofisi Bağırovlara məxsus sanatoriyada yerləşir. Daşınmaz əmlak alqı-satqısı və icarəsi ilə məşğuldur.
Şirkət ilk əvvəl 6 şəxsin ortaqlığı ilə qeydiyyatdan keçib. Bunlar Hüseyqulu Bağırovun oğlu, 1979-cu il təvəllüdlü Lətif Bağırov, 1965-ci il təvəllüdlü Mavritaniya vətəndaşı Vedanund Haurdnur, artıq adı sizə bəlli olan Sevinc Bağırova, 1945-ci il təvəllüdlü İngiltərə vətəndaşı , John William Buick, Qərb Universitetinin vitse-prezidenti, Hüseynqulu Bağırovun özündən 3 yaş kiçik olan bacısı Düriyyə Nuriyevadır.
29 noyabr 2017-ci ildən bəri direktor vəzifəsini də Hüseynqulu Bağırovun oğlu icra edir.
Lətif Bağırov Londona hələ 14 il əvvəl ayaq açıb və ilk dəfə İngiltərədə 2005-ci ilin aprelin 20-də "TURNKEY SOLUTIONS LIMITED" şirkətini qeydiyyatdan keçirib. 05430122 saylı qeydiyyat şəhadətnaməsi alan şirkət OFFICE 96, 1535 MELTING POINT, 5 FIRTH STREET, HUDDERSFIELD ünvanında fəaliyyət göstərib və növbəti il oktyabrın 17-də qapadılıb. Bu şirkət vasitəsilə Bağırovlar Londonda ilk daşınmaz əmlaka sahib olublar. Şirkəti Mixail Aleksandroviç Zhabın adlı milliyyətcə rus olan İngiltərə vətəndaşı idarə edib.
Hüseynqulu Bağırovun İngiltərədəki ailə şirkərlərindən daha biri "NORDFIELDS INVESTMENTS LIMITED" 2013-cü ilin iyunun 5-də 08557695 saylı şəhadətnamə ilə qeydiyyatdan keçib. Ofisi Londonda, Hatton Garden 63-66, Fith Floor Suite 23 ünvanında yerləşir. Bu şirkət də daşınmaz əmlakın alışı və icarəsi ilə məşğuldur. Şirkət sabiq nazirin bacısı Düriyyə Nuriyeva (şirkətin direktoru) və Sevinc Bağırovanın adına rəsmiləşdirilib.
Düriyyə Nuriyeva hələ 2012-ci ildə Londonda "WESTERN EDUCATIONAL CONSULTANCY LIMITED" şirkətini açıb (qeydiyyat şəhadətnaməsi 08187544). Bir neçə əmlak aldıqdan sonra 31 mart 2015-ci ildə qapadılıb. Bundan bir neçə ay sonra Hüseynqulu Bağırov Birləşmiş Krallıqda daha bir şirkət açıb.
"ROMERSTAL INVESTMENTS LIMITED" 2015-ci ilin 10 avqust tarixində 09725150 saylı lisenziya ilə fəaliyyətə başlayıb. Qeydiyyat ünvanı: 85-87 Borough High Street, London, England. Keçən il yanvarın 27-də qapadılıb.
Bağırovlar ailəsinə məxsus daha bir şirkət - "REANDER LIMITED" 2011-ci ilin dekabrın 1-də Londonda qeydiyyata Hüseynqulu Bağırovun ailə üzvü, Qərb Universitetinin dekanı, 1957-ci il təvəllüdlü Liana Bağırovanın və qızı Sevinc Bağırovanın adına açılıb və 07867199 saylı lisenziya ilə fəaliyyət göstərib. Ofisi Bağırovlara məxsus Borough High Street 30, London, United Kingdom ünvanında yerləşib. Bu bina Bağırovların mülkiyyətində olsa da, Londonun tarixi binalarından biri kimi mühafizə olunur.
"REANDER LIMITED"-in qeydiyyatından bircə gün sonra Bağırovlar Londonda ailənin hər iki üzvünün təsisçiliyi ilə "DEREAN LIMITED" adlı növbəti şirkəti qeydiyyatdan keçiriblər (lisenziya nömrəsi 07869770). "DEREAN LIMITED" özündən bir gün əvvəl açılan şirkətlə eyni küçədə, Borough High Street 85-87 ünvanında fəaliyyət göstərib. Hər iki şirkət ardıcıllıqla, 2016-cü ilin may və iyun aylarında ləğv edilib.
Bağırovların ailəsinə aid "LLOYD MCKENZIE LIMITED" şirkəti (lisenziya nömrəsi 08187563) 2012-ci ilin 22 avqustundan 2015-ci ilin 21 mart tarixinə qədər fəaliyyət göstərib. Bu şirkət də Borough High Street 85-87, London ünvanında fəaliyyət göstərib.
Bağırovlar ailəsinə məxsus "WU TRAINING CENTRE UK LTD" şirkəti də nazirin bacısı Düriyyə Nuriyevanın adına Londonda 10 dekabr 2014-cü ildə qeydiyyatdan keçib və 09348729 saylı şəhadətnamə ilə 31 may 2016-cı il tarixə qədər Borough High Street 85, London, England ünvanında fəaliyyət göstərib.
Britaniya Krallığı Hüseynqulu Bağırovun Azərbaycandan daşıdığı sərvətlərin yeganə ünvanı deyil. O, Çexiyaya da böyük maraq göstərib və 2011-ci il aprelin 13-də Praqada ailə şirkəti təsis edib. "Isla Investment, s.r.o." 200 min kron nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Lisenziya nömrəsi: 24835951. Ünvan: Husitská 107/3, Žižkov (Praha 3), 130 00 Praha.
Təsisçilər:
Lətif Bağırov – 10 % (Azərbaycan R., F.İbrahimbəyov 12/160)
Aliya Nuriyeva – 10 % (Azərbaycan R.,F.İbrahimbəyov 12/194)
Sevinc Bağırova – 10% (Azərbaycan R., F.İbrahimbəyov 12/160)
Düriyyə Nuriyeva -35 % (Azərbaycan R., F.İbrahimbəyov 12/194)
Liana Bağırova – 35 % (Azərbaycan R., F.İbrahimbəyov 12/160)
Hüseynqulu Bağırov Kiprə də maraq göstərib və sərvətinin bir qismini bu ölkəyə yatırıb.
"WELGEAR INVESTMENTS LIMITED" 2010-cu il martın 23-də Nikosiyada qeydiyyatdan keçib (lisenziya nömrəsi HE264613). 9 ildən bəridir ki, fəaliyyətdədir.
Ünvanı: Sofouli 2, CHANTECLAIR BUILDING, Floor 8, Flat 801 Nikosiya Kipr. Şirkət nazirin bacısının adına qeydiyyatdan keçirilib.
Bağırovların ailə biznesi Almaniya və Avstriyaya da ayaq açıb. Belə ki, Hüseynqulu Bağırovun oğlu və bacısı 2006-cı ilin sentyabrında Avstriyada "Liegenschaftsverwertungs GmbH" şirkətini qeydiyyatdan keçiriblər (qeydiyyat nömrəsi FN 283461 f). Şirkət paytaxt Vyanada Hütteldorferstraße 110 ünvanında yerləşir. Bağırovlar bu ölkədə də kifayət qədər bahalı mülk alıblar. Hazırda şirkətin hissələrinin 94 faizi Lətif Bağırovun Almaniyadakı "WU Immo Center GmbH" şirkətinə, 6 faizi isə nazirin bacısı Düriyyə Nuriyevaya məxsusdur.
Almaniyada qeydiyyatdan keçirilmiş "WU Immo Center GmbH" şirkəti (qeydiyyat nömrəsi HRB 26689) 2016-cı il iyunun 11-dən fəaliyyətdədir və Wuppertal şəhərində Hofkamp 71 ünvanında çoxmərtəbəli bina alıb.
Binanın hər kv m.-i 8.25 avroya icarəyə verilir. Düriyyə Nuriyeva əvvəllər bu şirkətə şərik olsa da, 2017-ci ilin iyul ayından bəri Lətif Bağırov onun şəriksiz sahibidir. Şirkətin nizamnamə kapitalı 25 min avrodur. Şrkətin Almaniyadakı aktivlərinin qiyməti isə 6 milyon 170 min avro dəyərindədir.
Bağırovlar Türkiyədə də şirkət açıblar. "STM Turizm Otelçilik və İnşaat Limited" İstanbulda BARBAROS MAH. LEYLAK SOK. AĞAOĞLU ANDROMEDA C4 BLK.D.50 ATAŞEHİR ünvanında yerləşir. 4 May 2011-ci ildən turizm və otelçilik sahəsində fəaliyyət göstərir. Çoxsaylı apartmanlara və pansionatlara sahibdir.
Nizamnamə kapitalı - 123 min 456 TL-dir. Ticarət cə Sənaye Odasında qeydiyyata alınıb və 1234567890 qeydiyyat nömrəsi alıb. "STM Turizm, Otelçilik və İnşaat Limited"-in təsisçiləri Lətif Bağırov, Sevinc Bağırova, Liana Bağırova, Düriyyə Nuriyeva və Hüseynqulu Bağırovun bibisi qızı Aliyə Nuriyevadır.
****
"Təəssüflə qeyd edirik ki, bəzi sosial şəbəkə istifadəçiləri dəqiqləşdirilməmiş, bəlkə də bəzən, məqsədli şəkildə digərlərinin nüfuzuna xələl gətirə biləcək məlumatları yayımlayırlar".
Bu sözləri isə Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədov keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvlərinə məxsus şirkətlər və daşınmaz əmlak barədə mediada yayılan məlumatlara münasibət bildirərkən deyib.
Mətbuat katibi deyib ki, Qərb Universiteti qurularkən onun təsisçisi Hüseynqulu Bağırov nazir deyildi:
"Yazıda adı çəkilən şirkətlərin, mülklərin heç birinin sahibi nə Hüseyn Bağırov, nə də onun oğludur.
90-cı illərin ortalarında Universitet otelçilik ixtisasını gücləndirmək məqsədi ilə Otelçilik Məktəbi yaradıb, onun nəzdində kiçik bir otel də olub. Sonralar bu otel öz hesabına nisbətən böyüyərək ortaölçülü bir otelə çevrilib.
2000-ci ildə Hüseyn Bağırov nazir təyin edilərkən qanunun tələblərinə uyğun olaraq universitetin təsisçiliyindən imtina edib.
Universitet bu illər ərzində tam şəffaf fəaliyyət göstərib, keyfiyyətli təhsili, eləcə də nümunəvi vergi ödəyicisi olması ilə seçilib. Universitet və ona yaxın təşkilatlar, şirkətlər tərəfindən, eləcə də Otelçilik Məktəbi tərəfindən 2001-ci ildən bu günə qədər dövlət büdcəsinə 15 milyon manatdan çox vergi ödənilib.
Qərb Universiteti (indiki Qərbi Kaspi Universiteti) həm də yaxşı beynəlxalq əlaqələrə malikdir. Almaniyada adı çəkilən şirkəti də universitet təsis edib. Bu, universitetin hüquqi baxımından haqqıdır. Doğrudur, sonradan bu şirkət satılıb, direktor olaraq isə formal olaraq Lətif Bağırovun adı sənədlərdə qalıb. Əvvəlki halda da nə universitet, nə də L.Bağırov heç bir mülkün sahibi olmayıb, mülkiyyət sahibləri başqa şəxslər olub.
Bu gün də L.Bağırov nə Almaniyada, nə də İngiltərədə hər hansı mülkün sahibi deyil. İngiltərədə şirkətlərin qurulması üçün cəhdlər edilib, ancaq bu cəhdlər yekunda uğursuzluqla nəticələnib ya da şirkət qeydiyyatdan keçirilib, ancaq fəaliyyət olmayıb. Yazıda göstərilən məlumatlar həqiqəti əks etdirmir.
Məlumat üçün deyək ki, Lətif Bağırov bu gün Türkiyədə müəyyən kiçik biznes layihələr həyata keçirməyə cəhd edir. Bu da onun təbii haqqıdır. Atasının nazir və ya keçmiş nazir olmasına görə, o, hər hansı bir fəaliyyətlə, o cümlədən bizneslə məşğul ola bilməzdimi?!".
Prezident İlham Əliyev Zuhair Əlhartini ilə görüşüb (Yenilənib)
Türkiyədə 1 Mayla bağlı gərginlik: aksiyaçılarla polis toqquşdu, yaralılar var - FOTOLAR
İYİ Partiyada təhvil-təslim oldu - Akşener siyasətlə vidalaşıb
Türkiyə ordusu İrqada daha iki terrorçunu zərərsizləşdirib
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib -FOTO
İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib (Yenilənib)
Kəlbəcərdə qəza: Türkiyə vətəndaşı ölüb
Ceyhun Bayramov UNESCO rəsmisi ilə müzakirə aparıb
İsrail prezidenti Blinkendən məhkəmə işinə görə kömək istədi - Dövlət katibi isə HƏMAS-ı günahlandırdı
İordan çayının qərb sahilində daha 20 fələstinli həbs olunub
"Fənərbağça"nın bosniyalı ulduzu: "Çempionluqla bağlı basqılara tab gətirə bilmirəm"
Mərkəzi Bank uçot dərəcəsini azaltdı: kredit faizləri necə olacaq?
Nigar Rüstəmli yeni vəzifəyə təyin olunub
Milli Məclsin daha bir deputatının mandatına xitam verilir
Dövlət Komitəsinin məsul şəxsinin oğlu qandallandı - Sensasion əməlinə görə (Yenilənib)
Sabah hava necə olacaq? - Proqnoz
İstanbul su problemi təhlükəsindən xilas olub
Bakı Dövlət Universitetinin rektoru illik 94 minlik benzin alır - Xidməti maşını üçün
"Etibar Məmmədov aktiv siyasətə qayıdarsa..." - "İsa Qəmbər əslində Müsavat başqanlığından getməmişdi"
"Laf TV hakerlərin əlindədir" - Ləman Ələşrəfqızı
Hakkaridə kəndlər terrordan təmizlənib - 29 ilddən sonra kəndlərə geridönüş başlayıb
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov daha bir vəzifəli şəxsi yola saldı (FOTO)
Mərkəzi Bank uşot dərəəsi ilə inflyasiya proqnozunu azaldıb
Dövlət Komitəsində ilginc tender: uşaqların cins seçiminin qarşısının alınması və ya...
Yeni nazirdən daha bir dəyişiklik - İdarə rəisi vəzifədən azad edildi, "İstintaq"ın rəis müavininə yüksək vəzifə verildi
Çempionlar Liqası: "Borrusiya Dortmund", yoxsa PSJ?
Kolumbiya ordusundan milyonlarla silah-sursat oğurlanıb - Aralarında raketlər də var
I siniflərə sənəd qəbulu başlayıb - Şərtlər
Azərbaycan nefti ucuzlaşıb
Qəzzada 10 mindən çox insan cəsədi dağıntılar altında qalıb
Parisdə güclü yanğın olub - 3 nəfər ölüb
Prezident Ərdoğan müxalifətin aksiyasına "yox" dedi: "Taksim Meydanı mitinq üçün uyğun deyil"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT başqanı Somali prezidenti ilə görüşüb - Nələr müzakirə olunub?
TFF prezidenti "səssiz çevriliş"lə yola salınır - Erlkən seçki üçün tələb olunan imza toplanıb
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub
Hizbullah İsrail tankını vurub - Ölən və yaralananlar var
Ərdoğanın İraqa səfərinin görünməyən tərəfləri... - TƏHLİL
Elan saytlarında saxta məlumatlar yerləşdirən şəxs tutulub